Monteneqroda martın 19-da keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, 7 namizədin qatıldığı yarışda dövlət başçısı, Sosialist Demokrat Partiyasının lideri Milo Cukanoviç 35,2 faiz, “Avropa – indi!” hərəkatının lideri Yakov Milatoviç 29,2 faiz səslə önə çıxaraq aprelin 2-nə təyin olunmuş ikinci tura vəsiqə alırlar.
Monteneqro prezidenti 5 il müddətinə seçilir. Hökumət parlament seçkisinin nəticələri əsasında formalaşır.
1962-ci il təvəllüdlü Milo Cukanoviç 1991-1998, 2003-2006, 2008-2010 və 2012-2016-cı illərdə baş nazir, 1998-2002-ci illərdə prezident olub, 2018-ci ildə yenidən dövlət başçısı mandatı alıb.
1986-cı il təvəllüdlü Yakov Milatoviç 2020-2022-ci illərdə iqtisadiyyat naziri postunu tutub.