Dövlət Statistika Komitəsi 2023-cü il fevralın 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqını 856,2 manat göstərib. Novator.az bildirir ki, iqtisadi fəaliyyət növlərində orta maaş belə rəsmiləşib:
mədən sənayesi – 3000,4 manat;
maliyyə və sığorta fəaliyyəti – 2039,3 manat;
informasiya və rabitə – 1440 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1365,8 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1198,5 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1090 manat;
tikinti – 1020,3 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 965,2 manat;
emal sənayesi – 792,5 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 776,7 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 767,8 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 697,1 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 686,7 manat;
təhsil – 662,7 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 661,3 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 613,6 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 529,2 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 489 manat;
digər sahələrdə xidmətlərin göstərilməsi – 931,2 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 345 manatdır.
Martın 1-nə iqtisadi fəal əhalinin sayı 5 milyon 359,7 min nəfər olub, onların 5 milyon 57,4 min nəfəri məşğul əhali kimi rəsmiləşib.