Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Hesabata görə, 2023-cü ilin yanvar-fevral aylarında kənd təsərrüfatının ümumi məhsulu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz (heyvandarlıq məhsulları istehsalı 3,4 faiz, bitkiçilik məhsulları istehsalı 1,9 faiz) artıb.
Nəqliyyat sektorunda yük daşınmasının 6,6 faiz, sərnişin daşınmasının 20,7 faiz yüksəldiyi, informasiya və rabitə xidmətlərinin həcminin 20,7 faiz, ictimai iaşə dövriyyəsinin real ifadədə 22 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərinin real ifadədə 11,1 faiz artdığı bildirilir.
İki ayda əhalinin gəlirlərinin nominal ifadədə 15,2 faiz artdığı, dövlət büdcəsinə 5 milyard 877,6 milyon manatın daxil olduğu, büdcədən 3 milyard 660,4 milyon manatın xərcləndiyi vurğulanır.
Fevralın 1-nə bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 20 milyard 259,2 milyon manat, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 11 milyard 928,5 milyon manat göstərilib.
İqtisadiyyatın artım faizi açıqlandı
Sənayedə düşmə, sərmayədə yüksəliş