2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana 2,6 milyard dollar dəyərində idxal qeydə alınıb. Novator.az Dövlət Gömrük Komitəsinə istinadla detalları diqqətə çatdırır:
nəqliyyat vasitələri və onların hissələri – 454,2 milyon dollar
maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri – 450,4 milyon dollar
yeyinti məhsulları – 360,3 milyon dollar
əczaçılıq məhsulları – 148,2 milyon dollar
qara metallar və onlardan hazırlanan məmulatlar – 147,3 milyon dollar
plastmas və onlardan hazırlanan məmulatlar – 78,8 milyon dollar
oduncaq və ondan hazırlanan məmulatlar – 57,9 milyon dollar
geyim və geyim ləvazimatı – 44,1 milyon dollar
tütün və tütün məmulatları – 17,8 milyon dollar
mebel və onun hissələri – 16,6 milyon dollar
gübrə – 10,4 milyon dollar
başqa mal və məhsullar – 864,3 milyon dollar.