Energetika Nazirliyinin 16 mart məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 74,42 dollara təklif olunur. Novator.az bildirir ki, ötən günlə müqayisədə 6,99 dollar ucuzlaşma qeydə alınıb.
2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01 dollarla başlayıb.
Yanvar-fevral aylarında Azərbaycanda 5,1 milyon ton neft çıxarıldığı bəyan edilib.
İlk ayın gündəlik xam neft hasilatı 533 min barrel göstərilib.
Beynəlxalq razılaşmaya əsasən, gündəlik hasilat 684 min barreli ötə bilməz.
2008-ci ildə ölkədə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton neft hasil olunub.