• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kreml niyə bioloji silahlarla bağlı dezinformasiya yayır?

  • 15 Mart 2023
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetXəbər

ABŞ Dövlət Departamentinin xarici dövlətlərin dezinformasiyaları ilə mübarizə aparan qurumu – Qlobal Dialoq Mərkəzi (Global Engagement Center) növbəti hesabatını açıqlayıb.

Novator.az-ın məlumatına görə, hesabatda deyilir ki, Rusiya beynəlxalq səhiyyə qurumlarına şübhə yaratmaq üçün qəsdən bioloji silahlar haqqında yalan məlumatlar yayır.

Eyni zamanda Rusiyanın guya Ukraynada bioloji silah hazırlayan laboratoriyaların mövcudluğu barədə ayrıca dezinformasiya kampaniyası təşkil etdiyi vurğulanır.

Sənəddə Kremlin saxta məlumatları yaymaq üçün parlament komitəsindən, hökumətin maliyyələşdirdiyi KİV-lərdən, Rusiyanın xüsusi xidmət orqanlarına bağlı saytlardan, siyasi sifarişlə işləyən ekspertlərdən və digər vasitələrdən geniş yararlandığı bildirilir.

Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin Radioloji, Bioloji və Kimyəvi  Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov media məkanında iştirakını fəallaşdırıb: “Öz çıxışlarında Kirillov bir qayda olaraq heç bir dəlil-sübut gətirmədən ABŞ-ın meymunçiçəyi və koronavirus infeksiyalarının hazırlanmasında rol oynadığını, üstəlik, ayrı-ayrı etnik qruplara ziyan vurmağa hesablanmış məxsusi bioloji silahlar üzərində işlədiyini deyir”.

Qlobal Dialoq Mərkəzinin hesabatını ictimaiyyətə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays təqdim edib. O bildirib ki, ABŞ hökuməti Moskvanın dezinformasiya kampaniyalarından narahatdır, “çünki ola bilsin, Rusiya yalan məlumatları Ukraynada başqa bayraq altında əməliyyat keçirərək bioloji, kimyəvi və ya nüvə silahı işlətmək, sonra günahı Ukraynanın, yaxud ABŞ-ın üzərinə yıxmaq üçün yayır”.

Ned Praysın sözlərinə görə, Rusiya dezinformasiya kampaniyasını xorla təşkil edir, bununla da informasiya məkanında eyni tezislərin gur axınını, guya ayrı-ayrı mənbələrin, məlumatların bir-birini təsdiqlədiyi illüziyasını yaratmağa çalışır.

ABŞ-ın Rusiyanı beynəlxalq öhdəliyə məhəl qoymamaqda, Bioloji Silahlar Konvensiyasının tələblərinə zidd olaraq hücum xarakterli bioloji silah proqramını dəstəkləməkdə qınadığını xatırladan Ned Prays bildirib ki, Rusiya bu tənqiddən nəticə çıxarmaq əvəzinə başqalarını özü yol verdiyi əməllərdə günahlandırmaq metodunu seçib.

Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, ABŞ bir daha Kremli dezinformasiyalara, o cümlədən bioloji silahlar haqqında uydurmalara son qoymağa çağırır.

Mənbə: Thepavlovictoday.com

Kabinet günü

  • 15 Mart 2023
  • comments

Namizədlik təqvimi

  • 15 Mart 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Zəlzələ itkiləri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Prezident seçkisi ikinci tura qaldı

GLOBALS:0
comments
ManşetXəbər

“Ermənistanın rahat yaşaması üçün bir şərt var”

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Zəlzələ itkiləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Zəlzələ itkiləri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Prezident seçkisi ikinci tura qaldı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda