• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Jurnalistlərin işi məhkəməyə getdi

  • 15 Mart 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Baş Prokurorluq martın 15-də jurnalistlər Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məlumat yayıb.

Əvəz Zeynallı “Xural” internet televiziyasının, Elnur Şükürov “Səda” internet televiziyasının rəhbəridir.

Rəsmi açıqlamaya görə, Baş Prokurorluğun İstintaq İdarəsi Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almasına, onun və Elnur Şükürovun vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edib.

Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Novator.az bildirir ki, Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da, vəkil Elçin Sadıqovla eyni gündə tutulub. Baş Prokurorluğun İstintaq İdarəsinin jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham etdiyi açıqlanıb. İddiaya görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb.

Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

Sentyabrın 21-də Əvəz Zeynallıya vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb. İddiaya görə, Əvəz Zeynallı “Səda” internet televiziyasının rəhbəri Elnur Şükürov (2022-ci il sentyabrın 14-də tutulub) və onun tanışı Teymur Rəhimovla (axtarışa verilib) birgə bəzi dövlət qurumlarından icazələr alınması, sənədlərin əldə edilməsi işlərinə qarışıb, bunun müqabilində pul alıb.

1969-cu il təvəllüdlü Əvəz Zeynallı bir neçə qəzetin yazarı, “Vətəndaş həmrəyliyi” və “Xural” qəzetlərinin baş redaktoru olub.

Jurnalist 2011-ci il oktyabrın 28-də həbs edilib. Külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunan Əvəz Zeynallı 2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

2015-ci ildə Əvəz Zeynallı “Xural” internet televiziyasını təsis edib.

Elçin Sadıqov 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olub, əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb.

Əvəz Zeynallıya ittiham vəkili də həbsə apardı

Həbsin əks-sədası

Əvəz Zeynallı həbsdə saxlandı

Elçin Sadıqov həbsdən çıxdı

Əvəz Zeynallı evə buraxılmadı

Əvəz Zeynallıya yeni ittihamın detalları

Prezidentə Əvəz Zeynallı müraciəti

Əvəz Zeynallı vəzifəli şəxsdirmi?

Elçin Sadıqov: “Vəkillik fəaliyyətim təhlükədədir”

Vəkilin şikayətinə baxılacaq

Qadağa qüvvədə qaldı

Elçin Sadıqovun müraciətinə baxılacaq

Məhkəmə vəkilə yox dedi

Əvəz Zeynallının həbs müddəti uzandı

Prezidentə Bəxtiyar və Əvəz müraciəti

Əvəz Zeynallının yoldaşı aksiya keçirib

Əvəz Zeynallının saxlanma yeri dəyişir

Jurnalist və vəkilin mühakimə anonsu

“AzəriLayt” nə qədər ucuzlaşıb?

  • 15 Mart 2023
  • comments

Kabinet günü

  • 15 Mart 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda