• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azadlıq çağırışı

  • 15 Mart 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

AXCP sədri Əli Kərimli məhbus partiyadaşı Zamin Salayevdən yazıb. Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, aclıq aksiyası ağır ürək xəstəsi olan Zamin Salayevi əldən salıb: “Vəziyyəti çox ağırlaşıb və həyatına böyük təhlükə var, amma ona qarşı qəddarlıq, antiinsani münasibət, qisas əməliyyatı davam edir.

Hamı şahiddir ki, Azərbaycanda bu qədər siyasi məhbusun olması, insan hüquqlarının kütləvi şəkildə tapdalanması ölkəmizin beynəlxalq imicini korlayır. Erməni separatçılar da bu faktlardan bizə qarşı istifadə edirlər. Yəni repressiya, vətəndaşların şərlənib həbs edilməsi təkcə qanunsuzluq və mənəviyyatsızlıq yox, həm də dövlət maraqlarına zidd, antimilli fəaliyyətdir. İnsanları daha da hiddətləndirən antiinsani əməllərdən əl çəkin, Zamin Salayevi azad edin!”

Zamin Salayev AXCP Salyan şöbəsinin sədridir. Martın 15-i Qaradağ Rayon Məhkəməsi onun ev dustaqlığına buraxılması üçün verilmiş vəsatətə baxacaq.

Ev dustaqlığı qətimkan tədbiri yaşayış yerini, müəyyən ərazi hüdudlarını tərk etməmək kimi şərtlər nəzərdə tutur.

Zamin Salayev fevralın 7-si Bakının Lökbatan qəsəbəsində tutulub. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün Sahil qəsəbəsinin sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. Cəbhəçi Cinayət Məcəlləsinin silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır.

Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi fevralın 20-də qərarı qüvvədə saxlayıb.

Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir. Bakı İstintaq Təcridxanasında saxlanan Zamin Salayevin səhhətinin çox ağır olduğu, amma heç bir tibbi yardım almadığı bildirilir.

Cəbhəçi 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.

Zamin Salayev tutulub

AXCP sədri Zamin Salayevdən yazıb

Zamin Salayev: məhkəmə qərar verdi

Zamin Salayev qərarından dönmür

Zamin Salayev 8 kiloqram arıqlayıb

Cəbhəçidən quru aclıq anonsu

Əli Kərimli: “Biganə qalmamalıyıq”

Zamin Salayev oğluna nədən gileylənib?

Əli Kərimli Zamin Salayevə müraciət edib

Cəbhəçi aksiyadan çəkilmir

Ev dustaqlığı cəhdi

Kansler kəsə cavabdan yayınır

  • 15 Mart 2023
  • comments

ADR-in işi beynəlxalq rəydə

  • 15 Mart 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda