Dövlət Statistika Komitəsi bildirir ki, Azərbaycanın müəssisələri və fərdi sahibkarları 2023-cü ilin yanvar-fevral aylarında 12,7 milyard manatlıq, 2022-ci ilin eyni dövrünə nəzərən 2,8 faiz az sənaye məhsulu istehsal edib. Neft-qaz sektorunda məhsul istehsalının 3,7 faiz azaldığı, qeyri neft-qaz sektorunda 6,8 faiz artdığı bildirilir.
Başqa bir hesabata görə, yanvar-fevral aylarında əsas kapitala 2 milyard 206,9 milyon manat məbləğində, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 60,1 faiz çox vəsait yönəldilib, neft-qaz sektoruna investisiyalar 2,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsait 2,3 dəfə artıb.