Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 136 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatı aparıb, 73 ölkəyə ixrac, 132 ölkədən idxal rəsmiləşib.
Xarici ticarət dövriyyəsi 4 milyard 591,4 milyon dollar, ixrac 3 milyard 178,7 milyon dollar, idxal 1 milyard 412,7 milyon dollar göstərilir.
Qeyd olunur ki, 2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, idxal 18,7 faiz artıb, ixrac 1 faiz azalıb.