• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bəstəkar və musiqişünaslarla görüş

  • 13 Mart 2023
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Bəstəkarlar İttifaqında qurumun kollektivi ilə görüşüb.

O, mədəniyyətimizin inkişafı məqsədilə həyata keçirilən islahatlardan danışıb, görüşün əsas məqsədinin qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahələr üzrə onların təkliflərini dinləmək olduğunu bildirib.

Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişaf etdirilməsi istiqamətindəki tapşırıqlarına uyğun yeni strategiyanın hazırlanması diqqətə çatdırılıb. Buna uyğun olaraq yeni forma və struktur mexanizmləri yaradılacaq. Əsas iş həm də bu sahədə ixtisaslı kadrların artırılmasına diqqət etməkdir.

Qeyd olunub ki, milli-mənəvi dəyərlər, mədəni irsimizə münasibətdə müəyyən boşluqlar var. Bu baxımdan peşəkar, yaradıcı sahələrə dəstək verilməsi və  ölkədəki yaradıcı birliklərin əməkdaşlığı önəmlidir.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə qurumun fəaliyyəti, ənənələri barədə qonağı məlumatlandırıb. Eyni zamanda sədr peşəkarlıq, “Mədəniyyət” televiziya kanalının misalında çatışmazlıq, gənc bəstəkar və musiqişünaslara qayğı göstərilməsinin vacibliyi və digər məsələlərdən danışıb.

Natiqlər – Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Cəlal Abbasov, bəstəkar, xalq aristi Sərdar Fərəcov, bəstəkar, əməkdar incəsənət xadimi Elnarə Dadaşova, musiqişünas professorlar Tariyel Məmmədov, Həcər Babayeva, Mina Hacıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı və bəstəkar İlham Azmanlı çıxış edərək musiqi təhsili, tənqidi, təbliği, kitab və məqalələrin nəşri, əqli mülkiyyət, elektron texniki imkanlardan istifadə, irihəcimli əsərlərin – opera, balet, simfonik musiqilərin səhnə həlli və sair məsələlərlə bağlı problemlərin çözülməsi barədə fikirlərini söyləyiblər.

Sonda belə müzakirələrin əhəmiyyətini qeyd edən Adil Kərimli gələcəkdə də bu görüşlərin mütəmadi şəkildə keçiriləcəyini və problemlərin əməli həllinə çalışılacağını diqqətə çatdırıb.

Qarabağ erməniləri Bakıya dəvət olundu

  • 13 Mart 2023
  • comments

Türkiyədə seçki marafonu, ilkin iddiaçılar

  • 13 Mart 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda