• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropada Azərbaycan müzakirəsi

  • 09 Mart 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Martin 7-dən Fransanın Strasburq şəhərində Avropa Şurası Nazirlər Komitəsinin toplantısı keçirilir. Aihmaz.org xəbər verir ki, toplantıda Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icra durumuna baxılır. Müzakirələr martın 10-da bitəcək.

Azərbaycanla bağlı qərarların 30-na Qafqaz Məmmədov qrupu daxilində nəzarət edilir. Qərarlar müxalif qüvvələrin etiraz aksiyalarının dağıdılması ilə ərizəçilərin sərbəst toplaşmaq azadlığının pozulması, aksiya iştirakçılarının tutulması, inzibati cəza alması, azadlıqdan məhrum edilməsi ilə bağlıdır. Bu qrup üzrə qərarlardan doğan fərdi tədbirlərin əksəriyyəti icra edilib, yalnız 5 qərar üzrə ərizəçilərə maddi təzminat ödənməyib. Ümumi tədbirlərə gəlincə, Azərbaycan dövləti Nazirlər Komitəsinə Avropa Məhkəməsi qərarlarında müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması yollarını göstərən fəaliyyət planı təqdim etməyib.

Anar Məmmədli qrupunda 5 qərarın – hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, Leyla Yunus, Arif Yunus, fəallar Qiyas İbrahimov, Bayram Məmmədov (2021-ci ilin may ayında həlak olub), jurnalist Xədicə İsmayılın şikayətləri üzrə çıxarılan qərarlar nəzarət altındadır. Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılığa, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə həbs edilmələri, azadlıqdan məhrum olunmaları ilə bağlıdır. Bu qərarlar üzrə fərdi və ümumi tədbirlər həyata keçirilməmiş qalır. Azərbaycan dövləti toplantıya göndərdiyi təqdimatda bildirib ki, bu qrupdakı işlər Ali Məhkəmənin Plenumundadır, fərdi tədbirlər haqqında əlavə məlumat isə ən qısa zamanda veriləcək.

1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi, milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.

Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.

Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.

Qlobal Bakı Forumu keçirilir

  • 09 Mart 2023
  • comments

Müəllimlərin maaşı yeniləndi

  • 09 Mart 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda