Rəsmi hesabata görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2023-cü ilin yanvar-fevral aylarında keçirdiyi valyuta hərraclarında 545,1 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, yanvarda fonddan 188,5 milyon dollar, fevralda 356,6 milyon dollar alınıb.
2015-ci ilin devalvasiyalarında ABŞ dollarının rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib. 2016-cı ili 1,7707 manat, 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən 1,7 manata təklif olunur.
Manat valyuta hərraclarında qorunur. Dövlət Neft Fondu Mərkəzi Bankın hərraclarında satış həcmini 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard ABŞ dolları məbləğində göstərib.