ABŞ-ın FİSO (Future İntelligence Students Olympiads) beynəlxalq olimpiadasının ingilis dili üzrə seçim turunda (Azərbaycan mərhələsi) qalib gəlmiş şagirdlər mükafatlandırılıb.
700-ə qədər şagird arasında keçirilmiş olimpiadada 369 nəfər qalib adını qazanıb.
Bakı Ali Neft Məktəbində “Global Oliympic Center”in təşkilatçılığı ilə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri açıq elan edən “Global Olimpic Center”in direktoru Xəyal İbrahimzadə çıxışında şagirdlərimizin Azərbaycanı yüksək səviyyədə təmsil etdiyini vurğulayıb.
Sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edib. Şagirdləri və valideynləri salamlayan rektor onları təbrik edib, uğurlar arzulayıb.
Maraqlı diskussiya ilə keçən tədbirdə şagirdlərdən bir neçəsi öz dil və təqdimetmə bacarığını da nümayiş etdirib.
Çıxışlardan sonra mükafatlandırma mərasimi olub.
Seçim turunda qalıb gəlmiş şagirdlər oktyabr ayında Azərbaycanı Amerikada təmsil edəcəklər.