Türkiyə müxalifəti seçim etdi, qaldı ad
Türkiyədə müxalif Millət ittifaqı martın 2-də prezidentliyə vahid namizədini müəyyənləşdirib. Namizədin adının martın 6-da açıqlanacağı bəyan olunub. Sızan məlumatlara görə, seçkiyə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun namizədliyi ilə gedilir. Millət ittifaqında Cümhuriyyət Xalq...
Zamin Salayev oğluna nədən gileylənib?
Bakı İstintaq Təcridxanasında saxlanan AXCP Salyan şöbəsinin sədri Zamin Salayev aclıq aksiyasını davam etdirir. Məhbus martın 2-də oğlu Oqtay Salayevlə telefonla danışıb. “Turan”a açıqlama verən Oqtay Salayev bildirib ki, atası təcridxananın sanitar hissəsinə köçürülmək istəyinin təmin olunmamasınd...
Cəbhəçi həbsdən çıxıb xəstəxanaya düşdü
İnzibati həbsdən çıxan AXCP fəalı Elnur Həsənovun səhhəti pisləşib. Elnur Həsənov İkinci Qarabağ müharibəsinin şəhidi Teymur Həsənovun qardaşıdır. Yanvarın 29-da Sabunçu Elektrik Şəbəkəsinin Bakıxanov qəsəbəsindəki ofisinə gedən Elnur Həsənov 85 yaşlı nənəsinin evində elektrik enerjisinin yanvarın 2...
Azərbaycan dövlətinə yeni cərimələr
Avropa İnsan Hüquqları Məhkəməsi martın 2-də Azərbaycandan şikayətlər üzrə qərar və qərardadlar elan edib. Aihmaz.org xəbər verir ki, müxalif fəal Orxan Əyyubzadənin Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan azadlıq və toxunulmazlıq hüququnun pozulduğu qənaətinə gələn məhkəmənin qərarına görə,...
Estoniyada yeni hərbi təşəbbüs
Estoniya müharibə dövrü üçün müdafiə qüvvələrini artıra bilər. Təklifi martın 1-də ölkənin müdafiə naziri verib. Novator.az bildirir ki, rəsmi məlumata görə, hazırda Estoniyanın müharibə dövrü üçün müdafiə qüvvələri 26 min 700 nəfərdir. Bu rəqəmi 43 min 700 nəfərə qaldırmaq nəzərdə tutulur. Quru qoş...
Manatı qorumağa nə qədər vəsait gedib?
Rəsmi hesabata görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2023-cü ilin yanvar-fevral aylarında keçirdiyi valyuta hərraclarında 545,1 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, yanvarda fonddan 188,5 milyon dollar, fevralda 356,6 milyon dollar alınıb. 2015-ci ilin devalvasiyaları...
Bayraqsız görüş
Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan rəsmilərinin Qarabağ ermənilərinin nümayəndələri ilə martın 1-i Xocalı şəhərində keçirdiyi görüşdən yazıb: “Azərbaycan ərazisində separatçı qüvvələrin nümayəndələri ilə görüş keçirilir. Masada Azərbaycan bayrağı yox, masanın başında rus zabitləri, ...
Bahalıq 5,7 milyard manat gətirib
Rəsmi statistikaya əsaslanan iqtisadçı Rövşən Ağayev yazır ki, 2022-ci ildə neft və qazın bahalaşması Azərbaycanın təbii resurs ixracından gəlirini 5,7 milyard manat artırıb: “Qaz ixracında artım, xam neftin ixracında azalma qeydə alınıb. Yəni 5,7 milyard manatlıq əlavə qazanc resursların fiziki həc...
Beynəlxalq olimpiadaya gedəcək şagirdlərin adları bəlli olub
ABŞ-ın FİSO (Future İntelligence Students Olympiads) beynəlxalq olimpiadasının ingilis dili üzrə seçim turunda (Azərbaycan mərhələsi) qalib gəlmiş şagirdlər mükafatlandırılıb. 700-ə qədər şagird arasında keçirilmiş olimpiadada 369 nəfər qalib adını qazanıb. Bakı Ali Neft Məktəbində “Global Oliympic ...
Bakıda zirvə görüşü
Martın 2-si Bakıda, Konqres Mərkəzində Qoşulmama Hərəkatının koronavirusla mübarizə üzrə təmas qrupunun zirvə görüşü keçirilir. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyevin sədrliyi ilə keçirilən zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndələri, beynə...
202 nöqtə, 20,3 milyon xəstə
Martın 2-nə olan beynəlxalq hesabata görə, 202 ölkə və ərazidə 20,3 milyon aktiv koronavirus xəstəsi var. Yaponiyada müalicə altında olanların sayı 11,4 milyon, ABŞ-da 1,4 milyon, Polşada 967,6 min, Vyetnamda 868,9 min, Meksikada 427,5 min göstərilir. Novator.az bildirir ki, yaxın ölkələr üzrə stati...
Hacı Şahin vəfat edib
Tanınmış ilahiyyatçı və ictimai xadim, Bakıdakı Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonunda səlahiyyətli nümayəndəsi, “Mənəvi Dünya” İctimai Birliyinin rəhbəri Şahin Həsənli martın 2-də qəfil ürəktutmasından vəfat edib. Şahin Hüseyn oğlu Həsənli (Hacı Şahin) 1974-...
Belçika deputata hücumu Çinlə əlaqələndirir – “Financial Times”
Belçikanın Kibertəhlükəsizlik Agentliyi ölkənin tanınmış siyasətçisi, parlamentin üzvü Samuel Koqolatiyə qarşı həyata keçirilən kiberhücumu Çinlə əlaqələndirir. Novator.az-ın məlumatına görə, Böyük Britaniyanın “Financial Times” qəzetində dərc olunan yazıda belə deyilir. Bildirilir ki, Samuel Koqola...
Valyuta ehtiyatı, pul bazası
Mərkəzi Bank hesabatlar yayıb. Novator.az bildirir ki, açıqlamaya görə, martın 1-nə 9 milyard 43,8 milyon dollarlıq valyuta ehtiyatı qeydə alınıb. 2023-cü il 8 milyard 995,7 milyon dollarla başlamışdı. Başqa bir məlumata əsasən, martın 1-nə pul bazası (dövriyyədəki pul vəsaitləri və kommersiya bankl...