AXCP sədri Əli Kərimli partiyanın Salyan şöbəsinin sədri Zamin Salayevdən yazıb. Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, Zamin Salayev müxalifətçi, həm də cəsur, prinsipial, mübariz müxalifətçi olduğu üçün şərlənib və həbsinə etiraz edərək 23 gündür aclıq aksiyası keçirir: “Zamin bəy bundan əvvəl də şərlənərək siyasi məhbus həyatı və saysız-hesabsız inzibati həbs yaşayıb. Cinayət törətməmiş bir insanın sadəcə rejimi sərt tənqid etdiyinə görə ikinci dəfə də şərlənib həbsə göndərilməsinə xalq olaraq biganə qalmamalıyıq. Zamin bəyə, Bəxtiyar Hacıyevə və bütün siyasi məhbuslara azadlıq tələb edirik”.
Zamin Salayev fevralın 7-si Bakının Lökbatan qəsəbəsində tutulub. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün Sahil qəsəbəsinin sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. Cəbhəçi Cinayət Məcəlləsinin silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır.
Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi fevralın 20-də qərarı qüvvədə saxlayıb.
Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir.
Bakı İstintaq Təcridxanasında saxlanan Zamin Salayevin tutulandan bəri 20 kiloqram çəki itirdiyi, heç bir tibbi yardım almadığı, quru aclığa keçməyə hazırlaşdığı bildirilir.
Cəbhəçi 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.
AXCP sədri Zamin Salayevdən yazıb
Zamin Salayev: məhkəmə qərar verdi
Zamin Salayev qərarından dönmür