AXCP Salyan şöbəsinin sədri Zamin Salayev quru aclığa keçməyə hazırlaşır. Məhbusun yaxınlarından biri fevralın 28-də “Turan”a belə deyib.
Bakı İstintaq Təcridxanasında saxlanan Zamin Salayevin tutulandan bəri 20 kiloqram çəki itirdiyi, heç bir tibbi yardım almadığı bildirilir.
Zamin Salayev fevralın 7-si Bakının Lökbatan qəsəbəsində tutulub. Rəsmi iddiaya görə, cəbhəçi Sahil qəsəbəsinin sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. Hadisənin fevralın 7-nə keçən gecə baş verdiyi bildirilir. Cəbhəçi Cinayət Məcəlləsinin silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır.
Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi fevralın 20-də qərarı qüvvədə saxlayıb.
Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir.
Cəbhəçi 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.
AXCP sədri Zamin Salayevdən yazıb
Zamin Salayev: məhkəmə qərar verdi