Fevralın 27-də Türkiyənin Malatya vilayətinin Yaşılyurd rayonunda 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Rəsmi məlumata görə, yerli vaxtla saat 12:04-də baş verən zəlzələ ətraf bölgələri də vurub, dağıntılar yaranıb, 1 nəfər həlak olub, 110 nəfər xəsarət alıb.
Türkiyə üç həftədir zəlzələ dalğasından keçir. Fevralın 6-da mərkəzi Qəhrəmanmaraş vilayətinə düşən iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya, Osmaniyə, Şanlıurfa vilayətlərini də əhatə edib, sonrakı günlərdə yeni silkələnmələr olub, ümumilikdə 44374 nəfər həyatını itirib.