• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İranda şagird qızları qəsdən zəhərləyiblər – “Bloomberg”

  • 27 Fevral 2023
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetXəbər

İranda qızların təhsil aldığı məktəblərdə baş vermiş zəhərlənmə hadisələri təsadüf deyil. Novator.az-ın məlumatına görə, bununla bağlı ABŞ-ın “Bloomberg” agentliyinin internet səhifəsində yazı dərc olunub.

Yazıda İranın səhiyyə nazirinin müavini Yunis Pənahiyə istinad edilib.

“Bloomberg”in yazdığına görə, Pənahi deyib ki, şagirdləri xüsusi kimyəvi maddə ilə qəsdən zəhərləyiblər.

Nazir müavini vurğulayıb ki, kimlərsə bu yolla bütün məktəblərin, xüsusilə qızların təhsil aldığı məktəblərin bağlanmasına nail olmağa çalışıb.

Yunis Pənahi məsələnin təfərrüatını açıqlamayıb. Zəhərlənmə hadisələrinə görə həbs edilənlərin olub-olmadığı da hələ bilinmir.

“Bloomberg” qızların təhsil aldığı məktəblərdə zəhərlənmə hadisələrinin İranda gənc qadın Məhsa Əmininin ölümünə etiraz olaraq keçirilən etiraz aksiyalarının qızğın dövründə baş qaldırdığına diqqət çəkir.

2022-ci ilin sentyabrında Məhsa Əmininin hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişməsi ölkədə kütləvi etiraz aksiyalarına səbəb olub. Əsasən “Qadın, həyat, azadlıq” şüarı ilə keçirilən aksiyalarda qadınlar xüsusi fəallıq göstəriblər. Onların bir çoxu dini rejimin tətbiq etdiyi geyim qaydalarına itaətsizlik sərgiləyərək hicablarını, baş ötrüklərini yandırıblar. Etirazçı qadınların cərgəsinə məktəbli qızlar da qoşulub. Hökumət rabitə şəbəkəsini nə qədər məhdudlaşdırmağa səy göstərsə də, orta məktəb siniflərində dini rejimə etiraz edən şagird qızların çəkib yaydığı video və fotolar sosial media vasitəsilə yayılaraq ölkədə və dünyada geniş əks-səda doğurub.

“Bloomberg” yazır ki, şagird qızlar arasında ilk zəhərlənmə 2022-ci ilin noyabrında İranın dini mərkəzi sayılan Qum şəhərində baş verib. Sonrakı dövrdə ən azı daha üç şəhərdə – paytaxt Tehranda, Ərdəbildə və Brucerddə şagird qızların məktəblərdə zəhərləndiyi bəllidir.

Mənbə: Bloomberg.com

Yeni silkələnmə

  • 27 Fevral 2023
  • comments

AZƏRTAC-la çəkişən jurnalist özünü zəhərləyib

  • 27 Fevral 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Gender
  • Gənclər
  • Hüquq
  • Media
  • Təhsil

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda