• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AZƏRTAC-la çəkişən jurnalist özünü zəhərləyib

  • 27 Fevral 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Paytaxt sakini, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) keçmiş müxbiri Aygün Əliyeva fevralın 27-də özünü zəhərləyib. Jurnalistin Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi xəbər verilir.

Aygün Əliyeva bir neçə ildir AZƏRTAC-la məhkəmə çəkişməsi aparır. Məlumata görə, jurnalist 2020-ci ildə sosial şəbəkədə bələdiyyələrin fəaliyyətini tənqid etdiyi üçün AZƏRTAC-dan qanunsuz çıxarılıb, işə bərpa olunmaq, təzminat almaq istəyi ilə məhkəməyə üz tutub. 2021-ci ildə Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsində çəkişmələr fayda verməyib. 2022-ci ildə Ali Məhkəmə işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb və həmin instansiya bu dəfə jurnalistin xeyrinə qərar çıxarıb. Ancaq AZƏRTAC rəhbərliyi həmin qərardan Ali Məhkəməyə şikayət edib.

2022-ci il noyabrın 19-da Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri postundan çıxarılıb. Noyabrın 28-də Vüqar Əliyev İdarə Heyətinin sədri təyin edilib.

İdarə Heyəti AZƏRTAC-a rəhbərliyi və nəzarəti həyata keçirir.

Aygün Əliyevanın vəkili Bəhruz Bayramov yazır ki, yeni rəhbərlik də jurnalistin işə bərpasının və ona təzminat ödənməsinin əleyhinədir. 2023-cü il yanvarın 25-də Ali Məhkəmə işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Ancaq fevralın 26-da Ali Məhkəmənin 25 yanvar tarixinə yeni qərar çıxardığı, jurnalistin işə bərpası və ona təzminat ödənməsi barədə qərarın ləğv edildiyi bəlli olub. Həmin gün Aygün Əliyeva “Facebook” səhifəsində özünə qəsd edəcəyini yazıb.

Kliniki Tibbi Mərkəzdən “Turan”a verilən məlumata görə, hazırda jurnalistin səhhəti qənaətbəxşdir.

AZƏRTAC-ın 27 fevral açıqlamasında qeyd olunur ki, Vüqar Əliyev İtaliya üzrə sabiq müxbir Aygün Əliyevaya barışıq təklif edib və bir neçə dəfə onunla şəxsən danışıb: “Aygün Əliyevaya işdən çıxarılma əmrinin ləğvi və AZƏRTAC-da işə götürülməsi təklif olunub, ancaq o, məhkəmə prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib. AZƏRTAC-ın rəhbərliyi bu işin qanun çərçivəsində həllinin tərəfdarıdır”.

İranda şagird qızları qəsdən zəhərləyiblər –...

  • 27 Fevral 2023
  • comments

Məzənnələrin iki ayı

  • 28 Fevral 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0

Tags

  • Hadisə
  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda