• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xatırlatma, çağırış

  • 23 Fevral 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

ADR Partiyasının sədri Qubad İbadoğlu “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” bəyannamənin ölkəyə ziyan gətirdiyini yazır.

2022-ci il fevralın 22-si Moskvada prezident İlham Əliyevin həmkarı Vladimir Putinlə imzaladığı sənədin 1-ci maddəsinə görə, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

Bəyannaməyə əsasən, Rusiya və Azərbaycan tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər; milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər.

Novator.az bildirir ki, Moskva bəyannaməsinin bir ilinin tamam olduğunu xatırladan Qubad İbadoğlu qeyd edir ki, sənəd Azərbaycanın xarici siyasət, təhlükəsizlik, iqtisadi və hərbi münasibətlərlə bağlı müstəqil dövlət siyasəti yeritməsinə baryerlər yaradır, Rusiyanın maraqlarına xidmət edir: “Bəyannamə Azərbaycan Konstitusiyasına və ölkənin tərəfdar çıxdığı beynəlxalq saziş və konvensiyalarla götürdüyü öhdəliklərə ziddir. Bu sənəd ötən bir ildə Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da itirilməsinə, Avropa İttifaqı məkanında mövqeyinin zəifləməsinə, strateji tərəfdaşlıq sazişinin imzalanmasının ləngiməsinə gətirib çıxarıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya fevralın 27-28-də olacaq səfəri 22 fevral 2022-ci il bəyannaməsinin icrası ilə bağlıdır, o, hesabat almağa gəlir. Təəssüf ki, Cənubi Qafqaz ölkələri, o sıradan Azərbaycan hələ də Rusiyanın nəzarətindədir. Ukraynada məğlub vəziyyətə düşən Rusiya Cənubi Qafqazda məkrli planlarını işə salır. Amma hər kəs bilir ki, Rusiya bir il əvvəlki Rusiya deyil. Azərbaycan hakimiyyətini Rusiyanın Qarabağdakı təxribatçı planlarında iştirakdan çəkinməyə, ölkənin tərəqqisi üçün sivil dünya ilə inteqrasiyadan faydalanmağa çağırıram”.

Həbsin uzanma ehtimalı var

  • 23 Fevral 2023
  • comments

Ukrayna: bir ilin dağıntıları

  • 23 Fevral 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda