AXCP Salyan şöbəsinin sədri Zamin Salayev tutulandan bəri 8 kiloqram arıqlayıb. Fevralın 22-də “Turan”a danışan vəkil Nemət Kərimli belə deyib.
Vəkilin sözlərinə görə, Bakı İstintaq Təcridxanasında saxlanan Zamin Salayev aclığı davam etdirir, ancaq heç bir tibbi yardım almır, sanitar hissəyə köçürülmür, onun ailə üzvləri ilə telefonla danışmasına, görüşməsinə yasaq qoyulub.
Zamin Salayev fevralın 7-si Bakının Lökbatan qəsəbəsində tutulub. Rəsmi iddiaya görə, cəbhəçi Sahil qəsəbəsinin sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. Hadisənin fevralın 7-nə keçən gecə baş verdiyi bildirilir. Cəbhəçi Cinayət Məcəlləsinin silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır.
Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi fevralın 20-də qərarı qüvvədə saxlayıb.
Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir.
Cəbhəçi 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.
AXCP sədri Zamin Salayevdən yazıb