Fevralın 22-də fərman imzalayan prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin işçilərinin say həddini yeniləyib. Sənədə görə, işçilərin say həddi 4494 ştat vahidi (Azərbaycanın xarici ölkələrdə ticarət nümayəndələrinin aparatları istisna olmaqla) olur: Aparatın işçilərinin say həddi 409 ştat vahidi, Çağrı Mərkəzinin işçilərinin say həddi 55 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 86 ştat vahidi, Dövlət Vergi Xidməti Aparatının işçilərinin say həddi 499 ştat vahidi, strukturuna daxil olan qurumların işçilərinin say həddi 2490 ştat vahidi, Əmlak Məsələləri Dövlət Xidməti Aparatının işçilərinin say həddi 260 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 376 ştat vahidi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, yerli bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi.
Novator.az bildirir ki, İqtisadiyyat Nazirliyi 2001-ci ildə İqtisadi İnkişaf Nazirliyi adı ilə yaradılıb. 2013-2016-cı illərdə İqtisadiyyat və Sənaye Nazirliyi adlanıb. 2019-cu il oktyabrın 23-dən iqtisadiyyat naziri vəzifəsini Mikayıl Cabbarov tutur.
Nazirliyin inzibati binası Bakıda, Heydər Əliyev prospekti, 155-də yerləşir.