Daxili İşlər Nazirliyinin hesabatına görə, 2022-ci ildə Azərbaycanda 36494 cinayət qeydə alınıb, əhalinin hər 100 min nəfərinə 361 hadisə düşüb.
İl ərzində 19069 nəfərin cinayət məsuliyyətinə cəlb olunduğu vurğulanır: “Onların 63,4 faizi əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 25,5 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir”.
Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5 faiz, 14-17 yaşda şəxslərin xüsusi çəkisi 1,8 faiz göstərilir: “2021-ci illə müqayisədə cinayət törətmiş qadınların sayı 5,1 faiz, 14-17 yaşda şəxslərin sayı 24,1 faiz artıb”.