Novator.az “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsi iştirakçılarının yenilınmiş siyahısını təqdim edir.
Fevralın 22-dək 37 iştirakçı ölkənin 26-sı təmsilçisini seçib:
Albaniya – Albina Kelmendi və ailəsi
Avstraliya – “Voyager” qrupu
Avstriya – Teodora Spiriç və Selina-Maria Edbauer
Belçika – Stef Kaers
Çexiya – “Vesna” qrupu
Danimarka – Rani Petersen
Ermənistan – Elen Yeremyan
Estoniya – Alika Milova
Fransa – Fatimə Zəhra Hafdi
Gürcüstan – İrina Xeçanova
Xorvatiya – “Let 3” qrupu
İrlandiya – “Wild Youth” qrupu
İspaniya – Blanka Paloma
İsrail – Noa Kirel
İsveçrə – Remo Forrer
İtaliya – Marko Menqoni
Kipr – Endrü Lambrou
Latviya – “Sudden Lights” qrupu
Litva – Monika Linkite
Malta – “The Busker” qrupu
Niderland – Mixaya Nikolai və Dion Kuper
Norveç – Alessandra Mele və “Queen of Kings” qrupu
Rumıniya – Teodor Andrei
Sloveniya – “Joker Out” qrupu
Ukrayna – Andrey Qusulyak və Ceffri Kenni
Yunanıstan – Viktor Vernikos.
Yarışa Almaniya, Azərbaycan, Böyük Britaniya, Finlandiya, İslandiya, İsveç, Moldova, Polşa, Portuqaliya, San Marino, Serbiya da qatılır.
Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək müsabiqənin birinci yarımfinalı mayın 9-na, ikinci yarımfinalı mayın 11-nə, finalı mayın 13-nə təyin olunub.
İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç, Ukrayna 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.