• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyasız yol

  • 21 Fevral 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Fevralın 18-i Almaniyanın Münhen şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüş keçirən prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində ikitərəfli nəzarət-buraxılış məntəqələri yaradılmasını təklif edib. Dövlət başçısı jurnalistlərə deyib ki, nəzarət-buraxılış məntəqələri olmadan sərhədlərin dəqiqləşdirilməsi mümkün deyil: “Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, həm Zəngəzur dəhlizinin hər iki başında, həm də Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistandan cavab gözləyəcəyik”.

Novator.az-ın məlumatına görə, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli prezidentin təklifinin Azərbaycanın milli maraqlarına uyğun olduğunu yazır: “Ermənistanla Azərbaycan arasında istənilən yol və kommunikasiyada hər iki tərəfdən sərhəd-keçid məntəqəsi olmalıdır. Yəni Laçından Xankəndiyə gedən yolun bizim tərəfində Azərbaycanın sərhəd və gömrük nəzarəti, Ermənistan tərəfində onun sərhəd və gömrük nəzarəti olmalıdır. Zəngəzur yolunda da eyni sistem tətbiq edilməlidir. Bu təklif Ermənistana da sərfəlidir, çünki Rusiyanın nəzarətinin zəiflədilməsinə hesablanıb.

Zəngəzur yolunun düyünə düşməsinin əsas səbəbi məhz Rusiya ilə Ermənistan arasında anlaşmanın olmamasıdır. Rəsmi İrəvan Rusiyaya təzyiq edə bilmir, çünki Moskvadan çox asılıdır. Moskvanın istəyi, hədəfi budur ki, Laçın yolunun da, Zəngəzur yolunun da yeganə sahibi olsun. Bu nə bizə, nə Ermənistana, nə də Qərbə sərf edir. Rusiyadan yan keçən yeni beynəlxalq logistik xətlərə ehtiyac var, bunlardan ən optimalı Azərbaycandan keçən Şərq-Qərb dəhlizidir”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi ermənilərin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.

Sülh danışıqları bölgədəki nəqliyyat əlaqələrinin, o cümlədən Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpasını da nəzərdə tutur.

Zəlzələ bilgisi

  • 21 Fevral 2023
  • comments

21 fevral qiyməti

  • 21 Fevral 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda