Novator.az Nazirlər Kabinetinin qismən yenilənmiş tərkibinə nəzər salıb.
Kabinetin 3 üzvü 1980-ci illəri, 12 üzvü 1970-ci illəri, 12 üzvü 1960-cı illəri, 7 üzvü 1950-ci illəri, 1 üzvü 1940-cı illəri təmsil edir.
Elm və təhsil naziri postunu 1982-ci il təvəllüdlü Emin Əmrullayev tutur. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 1980-ci ildə doğulublar.
Gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət naziri səlahiyyətlərini icra edən Adil Kərimli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 1979-cu il, kənd təsərrüfatı naziri İnam Kərimov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov 1977-ci il, iqtisadiyyat naziri Mikayıl Cabbarov 1976-cı il, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 1975-ci il, xarici işlər naziri Ceyhun Bayramov 1973-cü il, səhiyyə naziri Teymur Musayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 1970-ci il təvəllüdlüdürlər.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, maliyyə naziri Samir Şərifov 1961-ci ildə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1962-ci ildə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov 1964-cü ildə, baş nazirin müavini Şahin Mustafayev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 1965-ci ildə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 1967-ci ildə, daxili işlər naziri Vilayət Eyvazov 1968-ci ildə, energetika naziri Pərviz Şahbazov 1969-cu ildə dünyaya gəliblər.
Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci ildə anadan olub.
Baş nazirin müavini Əli Əhmədov 1953-cü il, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 1954-cü il, ədliyyə naziri Fikrət Məmmədov 1955-ci il, baş nazir Əli Əsədov 1956-cı il, müdafiə sənayesi naziri Mədət Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev 1958-ci il, müdafiə naziri Zakir Həsənov 1959-cu il təvəllüdlüdürlər.