Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsi məhbus ictimai fəal Bəxtiyar Hacıyevin şikayətinə baxacaq. Şikayətdə Xətai Rayon Məhkəməsinin 14 fevral qərarının ləğvi istənir. Həmin qərarla Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə növbəti vəsatət təmin olunmayıb.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli yazır ki, 20 fevral prosesi bəlkə də son fürsətdir: “Uzun müddətdir aclıq edən Bəxtiyar Hacıyev, heç şübhəsiz, ölümün nəfəsini duyur. Rejim isə açıq-aşkar qəddarlıq nümayiş etdirir. 20 fevral məhkəməsinin Bəxtiyar bəy üçün də, rejimin özü üçün də, toplum olaraq hamımız üçün də fəlakətdən yayınmağa son fürsət olduğunu hakimiyyət, nəhayət, başa düşməli və Bəxtiyar bəyi azadlığa buraxmalıdır”.
2022-ci il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçmiş Xətai Rayon Məhkəməsi 2023-cü il yanvarın 21-də həbs müddətini fevralın 28-dək uzadıb. Həbsdən, həbs müddətinin uzadılmasından Bakı Apellyasiya Məhkəməsinə şikayətlər, eləcə də həbsin başqa qətimkan tədbiri ilə əvəzlənməsi müraciətləri fayda verməyib.
Fəal ötən il dekabrın 15-dən 29-dək Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirib, bu il yanvarın 9-dan yenidən aclıq edir, səhhəti ağırlaşdığına görə fevralın 10-da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, fevralın 16-sı günün ikinci yarısından su içməkdən də imtina edərək quru aclığa keçib.
Bəxtiyar Hacıyevə Cinayət Məcəlləsinin 221.2.2 və 289.1-ci maddələri ilə ittiham irəli sürülüb. İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsinin iddiasına görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamı rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
221.2.2-ci maddəyə əsasən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq bir çox cəza, o cümlədən 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur.
289.1-ci maddəyə görə, məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmənin maksimum cəzası 6 ayadək müddətə azadlıqdan məhrumetmədir.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. O, 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir
Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi
Bəxtiyar Hacıyevdən köçürülmək istəyi
Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı
Bəxtiyar Hacıyev: yeni proses, Avropa Məhkəməsindən qərar
Bəxtiyar Hacıyev yenə buraxılmadı
Əli Kərimli Bəxtiyar Hacıyevə səslənib
Bəxtiyar Hacıyev aclığı dayandırdı
Bəxtiyar həbsdə qaldı, yenə aclıq qərarı verdi
Bəxtiyara ittihamlar yeniləndi
Prezidentə Bəxtiyar və Əvəz müraciəti
Bəxtiyar Hacıyevin məhbəs məktubu
Bəxtiyar Hacıyev qərarı dəyişmədi
Bəxtiyarın müayinəsi: rəsmi müraciət olunub
Ombudsman Bəxtiyar Hacıyevə baş çəkib
Bəxtiyar Hacıyevin istəyi, çağırışlar
ABŞ səfirliyinin Bəxtiyar narahatlığı
Bəxtiyar sistem qəbulundan imtina etdi
“Bəxtiyar Hacıyevi itirə bilərik”
Bəxtiyar quru aclığa keçmək istəyib
Bəxtiyar Hacıyev: yeni ünvan, yenə aclıq