• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Media: pozuntulara yeni cərimələr gəlir

  • 17 Fevral 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Milli Məclisin 17 fevral iclasında İnzibati Xətalar Məcəlləsində yeniliklər layihəsi ilk oxunuşdan keçib. Novator.az bildirir ki, layihə 2022-ci il fevralın 8-dən qüvvədə olan “Media haqqında” qanunun tətbiqindən irəli gəlir.

381-ci maddə bu redaksiyada verilir:

Maddə 381. Media haqqında qanunvericiliyin pozulması

381.1. Media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə ‒ fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

381.2. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə ‒ üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

381.3. Qanunla müəyyənləşdirilmiş hallardan başqa media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

381.4. Media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə ‒ vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

381.5. Audiovizual media subyektləri tərəfindən yayımlanmış materialların saxlanılmasının “Media haqqında” qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə – vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

381.6. Audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” qanunların tələblərinə riayət edilməməsinə görə – vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

381.7. Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa, digər audiovizual yayımçıların həmin proqramı yayımlamasına görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

381.8. Yayımın müvəqqəti dayandırılması barədə məlumatın yayımın dayandırıldığı müddət ərzində audiovizual yayımçının televiziya və (və ya) radio kanalında yayımlanmamasına, yaxud yayımın dayandırılmasına və ya digər məsuliyyət tədbirinin tətbiqinə səbəb olmuş audiovizual proqramın audiovizual yayımçının veb-saytından və həmin proqramın yayımlandığı videopaylaşım platformalarından çıxarılmamasına görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

381.9. Audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Azərbaycan Respublikası Audiovizual Şurasının razılığı olmadan dəyişdirilməsinə görə – vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

381.10. Dövlət büdcəsindən maliyyələşən audiovizual yayımçılar (sifarişli yayım xidməti istisna olmaqla) tərəfindən auditoriya həcminin reytinq ölçən təşkilat vasitəsilə müəyyənləşdirilməsinin təmin edilməməsinə görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

381.11. Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

381.12. Media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunmasına görə – vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

381.13. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

381.14. Platforma və ya multipleks operatorunun fəaliyyətinin Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən monitorinqinin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən şuranın ödənişsiz istifadə hüququnun təmin edilməməsinə görə – vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

388-ci maddə bu redaksiyada təklif olunur:

Maddə 388. Media azadlığından və jurnalist hüququndan sui-istifadə etmə

Media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Münhen səfəri

  • 17 Fevral 2023
  • comments

Vergidən azadlıq layihəsi

  • 17 Fevral 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda