UEFA Çempionlar Liqasının 2022-2023 mövsümündə 1/8 finalın ilk oyunları start götürüb. Novator.az-ın məlumatına görə, 14 fevral matçlarında minimal üstünlüklər qeydə alınıb: PSJ – “Bavariya” 0:1, “Milan” – “Tottenhem” 1:0.
“Borussiya” (Dortmund) – “Çelsi” və “Brügge” – “Benfika” oyunları fevralın 15-nə təyin olunub.
Qalan oyunlar gələn həftə keçiriləcək:
“Liverpul” – “Real”
“Ayntraxt” (Frankfurt) – “Napoli”
“Leypsiq” – “Mançester Siti”
“İnter” (İtaliya) – “Portu”.