
Zəlzələ qurbanlarının sayı yeniləndi
- 14 Fevral 2023
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Türkiyədə zəlzələ dalğasında həlak olanların sayı 31974 nəfərə çatıb. Xəbəri fevralın 14-də Fövqəladə Halların İdarə Olunması Agentliyi yayıb.
Qəhrəmanmaraş vilayətinin Bazarcıq və Elbistan rayonlarında fevralın 6-da baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya, Osmaniyə, Şanlıurfa vilayətlərini də vurub, böyük dağıntılar yaranıb.