Fevralın 14-də Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması üçün verilmiş yeni vəsatətə baxıb. Novator.az-ın məlumatına görə, məhkəmə bu dəfə də vəsatəti təmin etməyərək Bəxtiyar Hacıyevi həbsdə saxlayıb.
2022-ci il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçmiş Xətai Rayon Məhkəməsi 2023-cü il yanvarın 21-də həbs müddətini fevralın 28-dək uzadıb. Həbsdən, həbs müddətinin uzadılmasından Bakı Apellyasiya Məhkəməsinə şikayətlər, eləcə də həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, əmlak girovu ilə azadlıq müraciətləri fayda verməyib.
Bəxtiyar Hacıyevə Cinayət Məcəlləsinin 221.2.2 və 289.1-ci maddələri ilə ittiham irəli sürülüb. İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsinin iddiasına görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamı rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
221.2.2-ci maddəyə əsasən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq bir çox cəza, o cümlədən 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur.
289.1-ci maddəyə görə, məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmənin maksimum cəzası 6 ayadək müddətə azadlıqdan məhrumetmədir.
Fəal ötən il dekabrın 15-dən 29-dək Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirib, bu il yanvarın 9-dan yenidən aclıq edir, səhhəti ağırlaşdığına görə fevralın 10-da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. O, 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir
Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi
Bəxtiyar Hacıyevdən köçürülmək istəyi
Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı
Bəxtiyar Hacıyev: yeni proses, Avropa Məhkəməsindən qərar
Bəxtiyar Hacıyev yenə buraxılmadı
Əli Kərimli Bəxtiyar Hacıyevə səslənib
Bəxtiyar Hacıyev aclığı dayandırdı
Bəxtiyar həbsdə qaldı, yenə aclıq qərarı verdi
Bəxtiyara ittihamlar yeniləndi
Prezidentə Bəxtiyar və Əvəz müraciəti
Bəxtiyar Hacıyevin məhbəs məktubu
Bəxtiyar Hacıyev qərarı dəyişmədi
Bəxtiyarın müayinəsi: rəsmi müraciət olunub
Ombudsman Bəxtiyar Hacıyevə baş çəkib
Bəxtiyar Hacıyevin istəyi, çağırışlar
ABŞ səfirliyinin Bəxtiyar narahatlığı
Bəxtiyar sistem qəbulundan imtina etdi
“Bəxtiyar Hacıyevi itirə bilərik”
Bəxtiyar quru aclığa keçmək istəyib