İctimai fəal Bəxtiyar Hacıyevin azadlığına daha bir cəhd göstərilir: Xətai Rayon Məhkəməsinə ev dustaqlığı üçün yeni vəsatət verilib. Fevralın 13-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində Bəxtiyar Hacıyevə baş çəkən vəkil Aqil Layic “Turan”a deyib ki, fəal aclıq aksiyasını davam etdirir, səhhətinin pisləşməsinə baxmayaraq sistem köçürülməsinə razılıq vermir: “Bəxtiyarın vəziyyəti çox ağırdır, aclıq müddətində xeyli çəki itirib, təzyiqi, ürək döyüntüləri normadan xeyli aşağı düşüb”.
2022-ci il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçmiş Xətai Rayon Məhkəməsi 2023-cü il yanvarın 21-də həbs müddətini fevralın 28-dək uzadıb.
Bəxtiyar Hacıyevə Cinayət Məcəlləsinin 221.2.2 və 289.1-ci maddələri ilə ittiham irəli sürülüb. İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsinin iddiasına görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamı rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
221.2.2-ci maddəyə əsasən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq bir çox cəza, o cümlədən 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur.
289.1-ci maddəyə görə, məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmənin maksimum cəzası 6 ayadək müddətə azadlıqdan məhrumetmədir.
Fəal ötən il dekabrın 15-dən 29-dək Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirib, bu il yanvarın 9-dan yenidən aclıq edir. Fevralın 10-da o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Bəxtiyar Hacıyevin həbsindən, həbs müddətinin uzadılmasından Bakı Apellyasiya Məhkəməsinə şikayətlər, eləcə də həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, əmlak girovu ilə azadlığa buraxılması üçün müraciətlər fayda verməyib.
1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. O, 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir
Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi
Bəxtiyar Hacıyevdən köçürülmək istəyi
Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı
Bəxtiyar Hacıyev: yeni proses, Avropa Məhkəməsindən qərar
Bəxtiyar Hacıyev yenə buraxılmadı
Əli Kərimli Bəxtiyar Hacıyevə səslənib
Bəxtiyar Hacıyev aclığı dayandırdı
Bəxtiyar həbsdə qaldı, yenə aclıq qərarı verdi
Bəxtiyara ittihamlar yeniləndi
Prezidentə Bəxtiyar və Əvəz müraciəti
Bəxtiyar Hacıyevin məhbəs məktubu
Bəxtiyar Hacıyev qərarı dəyişmədi
Bəxtiyarın müayinəsi: rəsmi müraciət olunub
Ombudsman Bəxtiyar Hacıyevə baş çəkib
Bəxtiyar Hacıyevin istəyi, çağırışlar
ABŞ səfirliyinin Bəxtiyar narahatlığı
Bəxtiyar sistem qəbulundan imtina etdi
“Bəxtiyar Hacıyevi itirə bilərik”