Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin 13 fevral məlumatına görə, zəlzələ dalğasında 31643 nəfər həlak olub.
Qəhrəmanmaraş bölgəsinin Bazarcıq və Elbistan rayonlarında fevralın 6-da baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya, Osmaniyə, Şanlıurfa ellərini də silkələyib, böyük dağıntılar yaranıb.