• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyədə yenilik ehtimalı

  • 10 Fevral 2023
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli Türkiyədə hakimiyyətin dəyişmə ehtimalının yüksəldiyini düşünür: “Yeni iqtidar demokratik idarəçiliyə məcbur, Türkiyənin daxili problemlərinə, sistem dəyişikliklərinə, fəlakətli zəlzələ dalğasının nəticələrinin aradan qaldırılmasına yönəlməyə məhkum olacaq. Dövlət institutlarının son 20 ildə zəiflədildiyini nəzərə alsaq, yeni iqtidar daxili problemlərə çox zaman və güc sərf edəcək, bu isə Türkiyənin xarici siyasətdə aktivliyinə istər-istəməz təsir göstərəcək.

Türkiyədə iqtidara kimin, kimlərin gəlməsindən asılı olmayaraq Azərbaycanla münasibətlər, strateji müttəfiqlik dəyişməyəcək. Amma rəsmi Ankaranın bəzi regional məsələlərə müdaxilə imkanları azala bilər – bunu nəzərə almalı, digər müttəfiqlik münasibətlərini dərinləşdirməliyik. Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-la daha yaxşı münasibətlər alqoritmi qurulmalıdır, bu yol isə ölkənin demokratikləşməsindən keçir. Türkiyədə iqtidar dəyişikliyi başqa türk dövlətlərinə də təsir göstərəcək – daha demokratik Türkiyə örnəyə, müsbət mənada çağırışa çevrilə bilər”.

Novator.az bildirir ki, 2023-cü ildə Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Qoşa seçkinin mayın 14-nə təyin olunması gözlənir. Müxalif cinahın əsas güc mərkəzi prezidentliyə vahid namizəd elan etməyə hazırlaşır. Koalisiyada Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya, Səadət Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Gələcək Partiyası və Demokrat Partiyası cəmləşib.

Seçkilərin hakim cinahında əsas qüvvələr Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasıdır.

2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 2003-cü il martın 14-dən baş nazir postunu tutub, 2014-cü ildə prezident seçilib.

2017-ci il aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub.

24 iyun 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alıb, həmin gün idarə üsulu dəyişib: baş nazir postu ləğv edilib, prezident həm dövlət, həm də hökumət başçısı olub.

2023-cü ilin seçkisində də prezidentliyə namizəd olan Rəcəb Teyyub Ərdoğana Milliyyətçi Hərəkat Partiyası və bir neçə başqa partiya dəstək verir.

Fevralın 6-da Türkiyə zəlzələ dalğası ilə sarsılıb. Qəhrəmanmaraş vilayətində baş vermiş iki güclü zəlzələ daha 10 vilayəti silkələyib, ümumilikdə 110 min kvadrat kilometr ərazidə dağıntılar yaranıb. Son rəsmi bilgiyə görə, təbii fəlakətdə 18342 nəfər həlak olub.

“Bəxtiyar Hacıyevi itirə bilərik”

  • 10 Fevral 2023
  • comments

Pensiya çağırışı

  • 10 Fevral 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
AktualDünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Çin: “məlumat qəhrəmanı”na yenə iş kəsilib

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

İranın saman çöpü – Çin (“Foreign Affairs”in təhlili)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Çinli dissident ABŞ-da casusluq edirmiş

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
AktualDünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

Son materiallar

comments
AktualDünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Çin: “məlumat qəhrəmanı”na yenə iş kəsilib

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

İranın saman çöpü – Çin (“Foreign Affairs”in təhlili)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda