• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bəxtiyar quru aclığa keçmək istəyib

  • 10 Fevral 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Vəkil Rövşanə Rəhimli fevralın 10-da Bakı İstintaq Təcridxanasında məhbus ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkib. “Turan”a danışan vəkil deyib ki, Bəxtiyar Hacıyev təcridxananın tibbi-sanitar bölümündə aclığı davam etdirir: “Bu gündən sudan da imtina edib quru aclığa keçmək istəyirdi. Ancaq onu fikrindən daşındırmaq mümkün oldu. Bəxtiyarın səhhəti pisdir, baş və ürək ağrılarından əziyyət çəkir, təzyiqi və temperaturu düşüb, ancaq aksiyanı dayandırmaq fikrində deyil”.

1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunudur. O, 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb.

2022-ci il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçmiş Xətai Rayon Məhkəməsi 2023-cü il yanvarın 21-də həbs müddətini fevralın 28-dək uzadıb.

Bəxtiyar Hacıyevə xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsinin iddiasına görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamı rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.

Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq bir çox cəza, o cümlədən 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur.

289.1-ci maddəyə görə, məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmənin maksimum cəzası 6 ayadək müddətə azadlıqdan məhrumetmədir.

Fəal ötən il dekabrın 15-dən 29-dək Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirib, bu il yanvarın 9-dan yenidən aclıq edir.

Bəxtiyar Hacıyevin həbsindən, həbs müddətinin uzadılmasından Bakı Apellyasiya Məhkəməsinə şikayətlər, eləcə də həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, əmlak girovu ilə azadlığa buraxılması üçün müraciətlər fayda verməyib.

Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?

Azadlıq tələbi

Bəxtiyar Hacıyev prosesi təyin olunub

Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı

Bəxtiyar Hacıyev aclığı davam etdirir

Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi

Ev dustaqlığı müraciəti

Bəxtiyar Hacıyevdən köçürülmək istəyi

Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı

Bəxtiyar Hacıyev çağırışı

Bəxtiyar Hacıyev: yeni proses, Avropa Məhkəməsindən qərar

Azadlıq çağırışı

Bəxtiyar Hacıyev yenə buraxılmadı

Bəxtiyar aksiyası

Əli Kərimli Bəxtiyar Hacıyevə səslənib

Azadlığa yeni cəhd

Bəxtiyar Hacıyev aclığı dayandırdı

Məhkəmədən Bəxtiyar qərarı

Bəxtiyar həbsdə qaldı, yenə aclıq qərarı verdi

Bəxtiyara ittihamlar yeniləndi

Bəxtiyarın səhhəti pisləşib

Bəxtiyarın həbsi uzandı

Bəxtiyar Hacıyev çağırışı

Prezidentə Bəxtiyar və Əvəz müraciəti

Bəxtiyar Hacıyevin məhbəs məktubu

Bəxtiyar Hacıyev qərarı dəyişmədi

Bəxtiyarın müayinəsi: rəsmi müraciət olunub

Bəxtiyar ziyarəti, çağırış

Həmin yox

Ombudsman Bəxtiyar Hacıyevə baş çəkib

Bəxtiyar Hacıyevin istəyi, çağırışlar

ABŞ səfirliyinin Bəxtiyar narahatlığı

Şikayət təmin olunmadı

Bəxtiyar sistem qəbulundan imtina etdi

“Bəxtiyar Hacıyevi itirə bilərik”

Pensiyada artım faizi bilindi

  • 10 Fevral 2023
  • comments

Moldovanın baş naziri istefa verdi

  • 10 Fevral 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda