Fevralın 9-da yayılan yeni rəsmi bilgiyə görə, Türkiyədə zəlzələ dalğası 14351 nəfərin həyatına son qoyub, 63794 nəfər xəsarət alıb.
Qəhrəmanmaraş bölgəsində fevralın 6-da baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya, Osmaniyə, Şanlıurfa bölgələrini də vurub, ümumilikdə 110 min kvadrat kilometr ərazidə dağıntılar yaranıb.