Tibb elmləri doktoru Adil Qeybulla fevralın 10-da Bakı İstintaq Təcridxanasının tibbi-sanitariya bölümündə məhbus ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkib. “Turan”a danışan həkim deyib ki, Bəxtiyar Hacıyev aclıq müddətində çox çəki itirib, onun arterial təzyiqi, qanında şəkərin səviyyəsi normadan aşağıdır: “Bəxtiyar Hacıyev orqanizmində su-duz balansını bərpa etmək təyin olunan sistem qəbulundan imtina etdi. Təzyiqin və şəkərin düşdüyünü nəzərə alsaq, aclığın davam etdirilməsi komaya gətirə bilər. Bəxtiyarın az su içməsi, siqaret çəkməsi də vəziyyəti tündləşdirir”.
2022-ci il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçmiş Xətai Rayon Məhkəməsi 2023-cü il yanvarın 21-də həbs müddətini fevralın 28-dək uzadıb.
Bəxtiyar Hacıyevə xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsinin iddiasına görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb.
Fəal ötən il dekabrın 15-dən 29-dək Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirib, bu il yanvarın 9-dan yenidən aclıq edir.
Bəxtiyar Hacıyevin həbsindən, həbs müddətinin uzadılmasından Bakı Apellyasiya Məhkəməsinə şikayətlər, eləcə də həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, əmlak girovu ilə azadlığa buraxılması üçün müraciətlər fayda verməyib.
Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunu olan 1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir
Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi
Bəxtiyar Hacıyevdən köçürülmək istəyi
Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı
Bəxtiyar Hacıyev: yeni proses, Avropa Məhkəməsindən qərar
Bəxtiyar Hacıyev yenə buraxılmadı
Əli Kərimli Bəxtiyar Hacıyevə səslənib
Bəxtiyar Hacıyev aclığı dayandırdı
Bəxtiyar həbsdə qaldı, yenə aclıq qərarı verdi
Bəxtiyara ittihamlar yeniləndi
Prezidentə Bəxtiyar və Əvəz müraciəti
Bəxtiyar Hacıyevin məhbəs məktubu
Bəxtiyar Hacıyev qərarı dəyişmədi
Bəxtiyarın müayinəsi: rəsmi müraciət olunub
Ombudsman Bəxtiyar Hacıyevə baş çəkib
Bəxtiyar Hacıyevin istəyi, çağırışlar