• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Kərimli: “Hər şey öncədən təşkil olunub”

  • 09 Fevral 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

AXCP sədri Əli Kərimli partiyanın Salyan şöbəsinin sədri Zamin Salayevin şərləndiyini düşünür.

Fevralın 7-si Bakının Lökbatan qəsəbəsində tutulan Zamin Salayev paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirməkdə təqsirli bilinir. Hadisənin fevralın 7-nə keçən gecə baş verdiyi bəyan olunub. Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Qaradağ Rayon Polis İdarəsi istintaqı silah tətbiq etməklə xuliqanlıq ittihamı ilə aparır. Bu ittiham 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Cəbhəçi ittihamı qəbul etmir, həbsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.

Əli Kərimli yazır ki, Zamin Salayev məqsədli və planlı şəkildə şərlənib: “O, vəkili Nemət Kərimliyə bildirib ki, Lökbatan dairəsində taksidən düşən kimi bir nəfər üstünə hücum çəkərək söyüş söyməyə başlayıb, sonra bıçaq çıxarıb. Zamin bəy həmin adamı itələyib qaçarkən tutulub. Deməli, hər şey öncədən planlaşdırılıb və təşkil olunub”.

Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb.

Novator.az bildirir ki, hazırda AXCP-nin 5 üzvü azadlıqdan məhrumetmə cəzası çəkir.

2020-ci il aprelin 16-sı tutulub 30 sutka inzibati həbs alan, sonra cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.

2021-ci il avqustun 11-də tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunaraq 10 il azadlıqdan məhrumetmə cəzası alıb.

2021-ci il oktyabrın 22-də tutulan Mütəllim Orucov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

2021-ci il noyabrın 26-da tutulan Şahin Hacıyev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.

2022-ci il yanvarın 25-də həbs edilən Pünhan Kərimov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum olunub.

Daha bir cəbhəçi cinayət ittihamı ilə həbsdədir. 2022-ci il mayın 28-də tutulan Razi Alışova narkotik vasitə satmaq ittihamı irəli sürülüb. Bu ittiham 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Sanksiyaların Rusiyaya gerçək təsiri – “Fore...

  • 09 Fevral 2023
  • comments

Hava məlumatı

  • 09 Fevral 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda