Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi AXCP Salyan şöbəsinin sədri Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Cəbhəçi Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır.
Zamin Salayev fevralın 7-si Lökbatan qəsəbəsində tutulub. Rəsmi iddiaya görə, cəbhəçi Sahil qəsəbəsinin sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. Hadisənin fevralın 7-nə keçən gecə baş verdiyi bildirilir. “Turan”ın məlumatına görə, cəbhəçi ittihamı qəbul etmir, həbsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.
Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb.