Novator.az Türkiyənin ərazi bölgüsünə nəzər salıb.
Ölkə inzibati mərkəzləri şəhər olan 81 elə (vilayətə) bölünüb.
922 rayon, 18291 kənd var.
Vilayətlərdə mərkəzi hökuməti Daxili İşlər Nazirliyinə bağlı valilər təmsil edir.
Yerli idarəçiliyi səlahiyyət müddəti 5 il olan bələdiyyələr (böyük şəhər, şəhər, rayon, qəsəbə, kənd bələdiyyələri, muxtarlar) həyata keçirir.
Türkiyə prezident respublikasıdır. Qanunvericiliyə 600 nəfərlik Türkiyə Böyük Millət Məclisi məsuldur.
Həm prezident, həm də parlament ümumxalq seçkisində 5 il müddətinə seçilir.