Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin 8 fevral məlumatına görə, zəlzələ dalğasında həlak olanların sayı 7108 nəfərə, xəsarət alanların sayı 40910 nəfərə çatıb.
Fevralın 6-da Qəhrəmanmaraş bölgəsində iki güclü zəlzələ baş verib. Təbii fəlakət Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya, Osmaniyə, Şanlıurfa bölgələrini də vurub, böyük dağıntılar yaranıb.