Ermənistan parlamenti fevralın 8-də sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyanın deputat toxunulmazlığına xitam verib. Novator.az bildirir ki, qərar baş prokurorun vəsatəti əsasında qəbul olunub.
1962-ci ildə Azərbaycanın Qarabağ bölgəsində doğulan Seyran Ohanyan Azərbaycan torpaqlarının işğalının və soyqırımı cinayətlərinin rəhbərlərindən biridir. 1999-cu ildən Dağlıq Qarabağ rejiminin “müdafiə naziri”, 2007-ci ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub.
2008-ci il aprelin 14-dən 2016-cı il sentyabrın 9-dək müdafiə naziri postunu tutmuş general 2021-ci ildən parlamentin deputatıdır, sabiq prezident Robert Köçəryana bağlı Ermənistan fraksiyasının lideridir.
Baş Prokurorluq Seyran Ohanyanı xüsusilə külli miqdarda mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət məsuliyyətinə cəlb edib.