Energetika Nazirliyinin 7 fevral məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 82,60 dollara satılır.
2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53 dollarla başlayıb.
Azərbaycanın gündəlik xam neft hasilatı norması 684 min barreldir.
2008-ci ildə ölkədə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton neft çıxarılıb.