Xarici İşlər Nazirliyi Azərbaycan dövlətinin Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılması üzrə gördüyü tədbirləri açıqlayıb. Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 nəfərlik xilasedici heyəti fevralın 6-da Türkiyəyə yola salınıb və fəaliyyətə başlayıb: “FHN-in mobil səhra hospitalı və 41 nəfərlik heyəti də Türkiyəyə yola düşüb. Azərbaycan Ordusunun 18 nəfərlik hərbi tibb personalı da Türkiyədədir”.
Həmçinin qeyd olunur ki, zəlzələdən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsinin həyata keçirilməsi məqsədilə Ankaradakı səfirlikdə, İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarda operativ qərargahlar çalışır: “Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərində olan Azərbaycan vətəndaşları siyahıya alınır. Azərbaycana təxliyə edilmək arzusunda olan vətəndaşların bu məqsədlə ayrılmış avtobuslara yerləşdirilməsi təmin edilir.
Zəlzələ zamanı sənədləri itmiş və ya yararsız vəziyyətə düşmüş vətəndaşlar üçün sənədləşdirmə işləri Türkiyədəki səfirlikdə və baş konsulluqlarda sadələşdirilmiş qaydada həyata keçirilir”.
Son bilgiyə əsasən, Türkiyənin 10 vilayətini silkələyən 6 fevral zəlzələlərində 3549 nəfər həlak olub, 22168 nəfər xəsarət alıb.
10 vilayətdə fövqəladə vəziyyət tətbiq olunub.
İctimai birlikdə yardım hazırlığı
Türkiyə: ölənlərin sayı 900 nəfəri keçib