Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılova Avropa İnsan Hüquqları Konvensiyasının 13 nömrəli protokolunu imzalamaq səlahiyyəti verilib. Prezident İlham Əliyev sərəncamı fevralın 3-də imzalayıb.
13 nömrəli protokol ölüm cəzasının bütün hallarda ləğvini nəzərdə tutur.
1993-cü ildən Azərbaycanda ölüm cəzasının icrası dayandırılıb, 1998-ci ildə cəza müharibə dövründə törədilmiş müharibə cinayətlərinə görə tətbiq imkanı saxlanmaqla ləğv edilib.