“Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinə 37 ölkə qatılır. Novator.az bildirir ki, fevralın 3-dək 12 ölkə təmsilçisini müəyyən edib:
Albaniya – Albina Kelmendi və ailəsi
Avstriya – Teodora Spiriç və Selina-Maria Edbauer
Belçika – Stef Kaers
Ermənistan – Elen Yeremyan
Fransa – Fatimə Zəhra Hafdi
Gürcüstan – İrina Xeçanova
İsrail – Noa Kirel
Kipr – Endrü Lambrou
Niderland – Mixaya Nikolai və Dion Kuper
Sloveniya – “Joker Out” qrupu
Ukrayna – Andrey Qusulyak və Ceffri Kenni
Yunanıstan – Viktor Vernikos.
Almaniya, Avstraliya, Azərbaycan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Xorvatiya, İrlandiya, İslandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Latviya, Litva, Malta, Moldova, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya hələ seçim etməyib.
Liverpul şəhərində keçiriləcək yarışın birinci yarımfinalı mayın 9-na, ikinci yarımfinalı mayın 11-nə, finalı mayın 13-nə təyin olunub.
İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç, Ukrayna 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.