• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Saakaşvilinin arzusu

  • 01 Fevral 2023
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Tbilisi Şəhər Məhkəməsi sabiq prezident Mixail Saakaşvilinin səhhətinə görə həbsdən buraxılması barədə vəsatətə baxışı davam etdirir. Novator.az-ın məlumatına görə, məhbus siyasətçi 1 fevral iclasına video vasitəsilə qoşularaq həbsdə işgəncələrə məruz qaldığını, zəhərləndirildiyini deyib.

Ukrayna dilində danışan sabiq prezident qələbəyə inandığını vurğulayıb, ömür vəfa etməyəcəyi halda ürəyinin Ukraynada basdırılması arzusunda olduğunu dilə gətirib.

Mixail Saakaşvili Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, 2015-2016-cı illərdə Ukraynanın Odessa vilayətinin qubernatoru olub, 2020-ci ildən Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinə başçılıq edib.

Tbilisi Şəhər Məhkəməsi vəsatətə baxış 2022-ci il dekabrın 22-də start götürüb. Amerikalı toksikoloq Devid Smit ötən il dekabrın 29-da keçirilmiş prosesə video vasitəsilə qoşularaq deyib ki, Mixail Saakaşvilini həbsdə ağır metalların təsirinə məruz qoyaraq zəhərləyiblər. Ekspert maddələrin sabiq prezidentin orqanizminə 2022-ci ilin mart ayında düşdüyünü və tədricən ağır zəhərlənməyə yol açdığını, mərkəzi sinir, mədə-bağırsaq sistemlərini, ürəyi, qaraciyəri zədələdiyini, başqa fəsadlar törətdiyini qeyd edib.

1967-ci il təvəllüdlü Mixail Saakaşvili Gürcüstan parlamentinin deputatı, ədliyyə naziri, paytaxt Tbilisinin meri olub. 2003-cü ildə dinc inqilaba başçılıq edən Mixail Saakaşvili 2004-2013-cü illərdə prezident postunu tutub.

Hazırda ana müxalifət sayılan Vahid Milli Hərəkat Partiyasının qurucusu olan Mixail Saakaşvili 2013-cü ildə ölkəsini tərk edib, 2015-ci ildən Ukraynada yaşayaraq vətəndaşlıq alıb, həmin il Gürcüstan vətəndaşlığından məhrum edilib.

Mixail Saakaşvili Gürcüstanda müxtəlif cinayət işləri üzrə qiyabi məsuliyyətə cəlb olunub. 2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi ona 3 il, iyunun 28-də 6 il müddətinə azadlıqdan məhrumetmə cəzaları kəsib.

2021-ci ilədək Tbilisi Şəhər Məhkəməsinin icraatında daha iki cinayət işi olub.

2021-ci il sentyabrın 29-da Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib.

Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Mixail Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürüb. Onun sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb. Bu iş də Tbilisi Şəhər Məhkəməsinin icraatına verilib.

Tutulduğu gündən aclıq aksiyası keçirən sabiq prezident noyabrın 8-də Xüsusi Penitensiar Xidmətin Tbilisidəki müalicə müəssisələrindən birinə köçürülüb. Noyabrın 20-də Müdafiə Nazirliyinin Qoridəki hərbi hospitalına aparılan sabiq prezident həmin gün aclığı dayandırıb və orada müalicə alıb, dekabrın 30-da Rustavi həbsxanasına qaytarılıb.

Sabiq prezident 2022-ci il fevralın 21-dən martın 10-dək Rustavi həbsxanasında bir daha aclıq aksiyası keçirərək gərəkli tibbi yardım göstərilməsi tələbi qoyub.

Mayın 12-də Mixail Saakaşvili Tbilisidəki “Vivamedi” Tibb Mərkəzinə köçürülüb. Yaxınları, tərəfdarları və vəkilləri onun azadlığa buraxılmasını, xaricdə müalicə olunmasına şərait yaradılmasını tələb edirlər.

Gürcüstan hökuməti Mixail Saakaşvilinin azadlığa buraxılmasına qarşı çıxır.

Neftsiz ixrac 12,4 faiz artıb

  • 01 Fevral 2023
  • comments

Yoxlamalara yasağın ömrü uzanır

  • 01 Fevral 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda