Mərkəzi Bankın İdarə Heyəti fevralın 1-də uçot dərəcəsini 8,5 faizə qaldırıb.
Uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına manatla verdiyi borclar üzrə faiz dərəcəsidir.
2022-ci il dekabrın 16-dan uçot dərəcəsi 8,25 faiz idi.
Novator.az bildirir ki, uçot dərəcəsi üzrə növbəti qərarlar bu tarixlərdə veriləcək: 29 mart, 3 may, 21 iyun, 26 iyul, 20 sentyabr, 1 noyabr, 20 dekabr.