Energetika Nazirliyinin 1 fevral məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 87,53 dollara satılır. Bu, ilin start qiymətindən 0,46 dollar aşağı qiymətdir.
“AzəriLayt” yanvara 87,99 dollarla başlamışdı.
2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb.
Beynəlxalq razılaşma Azərbaycanın gündəlik xam neft hasilatını 684 min barrel müəyyən edib.